22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

20-09-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ucar rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə FHN-in müvafiq yerli qurumları, Ucar Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının məsul şəxsləri, mülki müdafiə qərargah rəisləri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: