FHN-in əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin bir qrup əməkdaşı 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Əvvəlcə, Regional Mərkəzin şəxsi heyəti Kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.
Sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olub, soyqırımı ilə bağlı qısametrajlı film izləyiblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...