22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib (foto)

22-02-2024

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib.

Doqquz gün davam edən kurslarda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə dəstə, hissə və bölmələrindən ümumilikdə 186 əməkdaş dinləyici qismində iştirak edib.

Tibb Xidmətinin ixtisaslaşmış həkimləri ilə yanaşı beynəlxalq dərəcəli təlimçi-həkimlər tərəfindən zərərçəkmişlərə zamanında səmərəli və daha keyfiyyətli ilk yardımın göstərilməsi məqsədilə “Ürək-ağciyər reanimasiyası”, “Qapalı ürək masajı”, “Süni tənəffüs”, “Qanaxmalar zamanı ilk yardım”, “Travmalar zamanı immobilizasiya” mövzularında yanğınsöndürənlərin bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu uğurla başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib.ğ

 

 

Paylaş: