22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in əməkdaşı müəllifi olduğu faydalı modelə patent alıb

29-08-2024
IMG

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Yanğın Təhlükəsizliyi ixtisas fənləri kafedrasının baş müəllimi, daxili xidmət mayoru Sevinc İzzət qızı Məmmədova müəllifi olduğu faydalı modelə patent alıb. Belə ki, müəllifin “Ultrabənövşəyi Şüalandırıcı” adlı faydalı modelinə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən F 2024 0015 nömrəli patent verilib.

Model yoxlama cihazlarında, əsasən də maddələrdə asan alovlanan maye buxarlarının olub-olmamasının müəyyən olunması və eyniləşdirmə üçün spektr göstəricilərinin aşkarlanma predmeti ilə bağlı sınaqların aparılması, xüsusilə də yanğınların mənşəyinin təyin edilməsi üçün laboratoriyalarda istifadə edilə bilər.

Faydalı model ultrabənövşəyi şüalandırıcı müşahidə pəncərəsi və siyirtmə ilə təchiz edilmiş ağac materialından hazırlanmış gövdədən ibarətdir. Konstruksiyanın daxilinə xromatoqrafik lövhənin yerləşdirilməsi üçün aşağı hissəsində istiqamətləndirici şassi üzərində açılıb-bağlanan siyirtmə quraşdırılıb, yuxarı özülün qapağının daxili səthinə isə xromatoqrafik lövhə üzərində spektrin görünməyini təmin edən ultrabənövşəyi lampalar birləşdirilib.

Paylaş: