22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında seminar keçirilib

04-04-2024

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ana dilimiz, milli sərvətimizdir” mövzusunda seminar keçirilib.

Seminarda FHN Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə və Heydər Əliyev adına Hərbi institutları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyi Ali Hərbi Məktəbinin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ana dilimiz dövlət səviyyəsində daim diqqət və qayğı ilə əhatə olunub. Seminarda cənab Prezident İlham Əliyevin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətindən danışılıb və diqqətə çatdırılıb ki, sözügedən tarixi sənədin tətbiqi Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olub.

Tədbirdə çıxış edənlər dilin mənəvi varlıq kimi xüsusiyyətləri, dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlər, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həmin problemlərin həll yollarından danışıblar. Çıxışlarda dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyi vurğulanıb.

Paylaş: