22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

25-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusunun formalaşdığını vurğulayan B. Salayev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi, həmçinin 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərpa olunması məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Sonra Akademiyanın hərbi orkestrinin çıxışı ilə tədbirin bədii hissəsi təqdim olunub.

 

Paylaş: