22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN: Hacıqabulun subasmaya məruz qalmış ərazilərində təhlükəsizlik tədbirləri davam etdirilir (video)

15-10-2024
IMG

Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

Belə ki, Nazirliyin Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda əməliyyat davam etdirilir.

Paylaş: