FHN Bakı şəhərində yerləşən orta məktəblərdə sosial layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirir (video, foto)
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər davam etdirilir.
Belə ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında Bakı şəhərinin Nəsimi rayonu Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
İnstitut tərəfindən hazırlanan pilot layihə çərçivəsində təlim iştirakçılarına əməyin təhlükəsizliyi, liftdən istifadə qaydaları, ekoloji təhlükəsizlik, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları, eləcə də ilkin yardım tədbirləri haqqında ətraflı məlumat verilib.
Novruz Bayramı ərəfəsində keçirilən təlimin sonunda iştirakçılara hədiyyələr, sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanılıb, sertifikatlar təqdim olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...