FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir su anbarının sahil hissəsində fəaliyyət göstərən çimərliklərdə və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində monitorinq keçirilib.
Monitorinqdə FHN-in aidiyyəti qurumlarının məsul şəxsləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir şəhər Polis şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak edib.
Monitorinqin keçirilməsində əsas məqsəd yay aylarında insanların istirahəti zamanı təhlükə törədə biləcək amillərin vaxtında aşkar edilməsi olub.
Monitorinq zamanı aşkarlanmış nöqsanlar barədə aktlar tərtib edilib və aidiyyəti üzrə xəbərdarlıqlar olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...