22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN Ağdam rayonunda seminar-müşavirə keçirib

25-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, Ağdam Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər və qarşıda duran məsələlərin həlli yollarının müzakirəsi olub.

Seminar-müşavirədə FHN-in Qarabağ Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.

Tədbirdə, həmçinin tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik, habelə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Seminar-müşavirədə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

Paylaş: