22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün təlim keçirib (video, foto)

13-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında əməkdaşlar üçün təlim keçirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd Penitensiar Xidmətin əməkdaşlarına fövqəladə hallar və yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları təcridxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.

Təlimin praktiki hissəsində təcridxana ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, təcridxanadakı şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirib.

Təlimin sonunda əldə edilmiş nəticələr təhlil olunub, aidiyyəti üzrə tapşırıqlar verilib və təcridxananın yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.

Paylaş: