Fevralın 1-dən Kosovoda nağd ödənişlərdə yalnız avrodan istifadə ediləcək
Kosovo Mərkəzi Bankı avronun ölkədə nağd ödəniş əməliyyatlarında istifadə edilə bilən yeganə valyuta olduğunu bildirən qaydanı təsdiqləyib. Fevralın 1-dən qüvvəyə minəcək qaydaya əsasən, Kosovoda nağd ödəniş əməliyyatlarında və ödəniş sistemində istifadə edilməsinə icazə verilən yeganə valyuta avrodur.
Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında saxlanıla bilər və beynəlxalq ödənişlər və valyuta əməliyyatları üçün istifadə edilə bilər.
Kosovo Mərkəzi Bankı avro əskinaslarını, sikkələrini və digər valyutaları ölkədən kollektiv şəkildə daxil etmək və çıxarmaq üçün müstəsna hüquqa malik olacaq.
Kosovonun serblərin çoxluq təşkil etdiyi bütün yaşayış məntəqələrində ödəniş üçün serb dinarlarından istifadə edilir və ölkədəki Serb müəssisələrində çalışanların maaşları, pensiyaları, sosial müavinətləri və uşaq müavinətləri də dinarla ödənilir.
Əsasnamənin qüvvəyə minməsi ilə ölkədə Serb dinarının istifadəsinə son qoyulacağı bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...