Fatih Sultan Mehmet tərəfindən hazırlanan talismanlı medalyon Londonda satışa çıxarılıb
“Bonhams” Hərrac Evinin İslam və Hindistan İncəsənət Müdiri Oliver Uayt təxmini satış qiyməti 1,5-2 milyon sterlinq ilə satışa çıxarılan sikkənin təfərrüatlarını açıqlayıb. Hərrac evində sərgidəki bütün əsərlərdən ayrı olaraq nümayiş etdirilən medalyonun İntibah dövründə İtaliyada hazırlandığı düşünülür. Medalyon 20 il əvvəl bir kolleksiyada tapılıb. Detallara baxdıqda, medalyonun 1450-ci ilə aid olduğunu bildirən Uayt əlavə edib ki, medalyonda Fateh "Maqnus Princep (Böyük Şahzadə)" kimi təsvir edilib.
Uayt sikkənin hərrac öncəsi tarixi ilə bağlı təfərrüatları da paylaşaraq deyib ki, medalyon 2000-ci ildə İtaliyada bir satışda görünüb. Ondan əvvəl 19-cu əsr İtalyan kolleksiyasında olub.
Hərracda həmçinin Məhəmməd Xəlil kolleksiyasından İslam dünyasının tarixi boyunca istifadə edilən silahlar və hərbi geyimlər də satışa çıxarılacaq.Fil baş geyimindən tutmuş xəncərə qədər bir çox hərbi əşyalar arasında qızıl zərli üzərində “Ayetel Kürsi” yazılmış bir Osmanlı qılıncı da var.Qabığı gümüşdən olan və 17-ci əsrə aid edilən qılıncın bıçağının XVI əsrdə hazırlandığı təxmin edilir.
Hərracda Səfəvilər dövlətinə aid zirehlər, Məmlüklər dövlətinə aid dəbilqələr, eləcə də nəbati naxışlarla bəzədilmiş Osmanlı yayını hərraca çıxarılacaq. Satılacaq Osmanlı əsərləri arasında iki sultan fərmanı var ki, bunlardan biri Villiam Samuel Nevtona verilən Mecidiye nişanı vəsiqəsidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...