FAO: Qlobal istiləşmə dünyada balıq ehtiyatlarını 10-40 % azaldacaq
Qlobal istiləşmə regiondan və temperaturun yüksəlməsindən asılı olaraq əsrin sonuna qədər dünya okeanlarında balıq ehtiyatlarını və biokütləni 10-40 % azaldacaq.
Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumlarının “Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi riskləri: 2100-cü ilə qədər proqnozlar” adlı illik hesabatında deyilir.
Hesabatın müəlliflərindən biri Tarub Bahrinin sözlərinə görə, ilk dəfə olaraq qlobal proqnoz verməyə imkan verən geniş məlumatlar toplanıb və təhlil edilib:
“Biz müxtəlif mənbələrindən alınan məlumatları müqayisə və təhlil etdik, bu da ən dəqiq proqnozlar çıxarmağa imkan verdi”.
Tədqiqata görə, 178 ölkədə əsrin sonuna qədər balıq ehtiyatının 10 %, yüksək emissiya şəraitində isə 48-dən çox ölkədə 30 %-ə qədər azalacağı proqnozlaşdırılır.
Bahri qeyd edib ki, ərazi faktoruna görə itkilərin səviyyəsi hər bir ölkədə çox fərqli ola bilər. Balıq ehtiyatlarının ən çox azalması riski Çin, Hindistan, İndoneziya, Peru kimi ölkələrdə mövcuddur (37 %-ə qədər). Buraya Rusiya və ABŞ də daxildir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...