22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fəlsəfədə süni intellekt inqilabı

19-02-2024

Hər sahədə geniş yayılan süni intellekt texnologiyaları tarix, arxeologiya və fəlsəfə elmlərində inqilabi nəticələr verir. İtaliyada Vezuvi vulkanının püskürməsi nəticəsində zədələnən Herculaneum Papyri süni intellektlə həll edilir.

 İtaliyada "Herculaneum Papyrus" adlı qədim kitabxanada süni intellekt tətbiqləri ilə aparılan araşdırmalarda fəlsəfə tarixinin təməl daşlarından biri olan Epikurun indiyə qədər bilinməyən mətni deşifrə edilib. Tarixçi və filosoflar qədim Herkulaneum Kitabxanasını idarə edən Filodimin fəlsəfə tarixçisi olduğunu, Aristotelin itirilmiş mətnlərinə kitabxanada Filodimin əsərlərini öyrənməklə çatmağın mümkün ola biləcəyini deyirlər.

 Herculaneum eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsindən sonra Pompey ilə birlikdə itirilən Roma şəhəri olub. Yunan-Roma antik dövrünün itirilmiş kitabxanalarından birinə sahib olan Herkulaneumda süni intellekt alqoritmləri ilə aparılan araşdırmalarda karbonlaşmış papiruslar üzərindəki mətnlər deşifrə edilir. Nəticələri keçən həftə açıqlanan araşdırmaya görə, qədim yunan filosofu Epikurun əvvəllər məlum olmayan mətnindən bəzi fraqmentlər üzə çıxarılıb.

Müsabiqədə misirli tədqiqatçı Youssef Nader, isveçrəli robototexnika proqramçısı Julian Schilliger və amerikalı kompüter elmləri mütəxəssisi Luke Farritor tərəfindən hazırlanmış alqoritmlər birincilik mükafatını qazanıb. Qalib tədqiqatçılar afinalı hedonist filosof Epikurun davamçısı və Herkulaneum kitabxanasının direktoru Filodimin yazdığı əsərdən yüzlərlə söz oxumağı bacarıblar.

Eramızdan əvvəl 110-cu ildə Suriya yaxınlığında doğulan və eramızdan əvvəl 35-ci ildə Herkulaneum şəhərində vəfat edən Filodim həm də Epikürçülüyün Romaya yayılmasına çalışan yunan şairi kimi tanınıb.

Paylaş: