22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fəlakətin adı "DANA"...

02-11-2024
IMG

İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 250-yə yüksəlib. İspaniya mətbuatının yazdığına görə, bəzi nöqtələrə hələ də çatmaq mümkün olmadığı üçün neçə nəfərin itkin düşdüyü ilə bağlı daha dəqiq məlumat vermək imkansızdır, amma bu rəqəmlərin artma ehtimalı daha çoxdur. 

Mütəxəssislər bildiriblər ki, böyük dağıntılara səbəb olan şiddətli daşqın bölgəyə normal olaraq bir ildə yağan yağışın cəmi 8 saata düşməsi nəticəsində baş verib. İspaniya Dövlət Meteorologiya İnstitutu, "əsrin ən pis dövrü" olaraq şərh etdiyi Valensiya bölgəsində yağıntıların keçmişdə görünməmiş bir şəkildə yağdığını açıqlayıb. Meteoroloqlar təbii fəlakəti "DANA fenomeni" adlı hava hadisəsi ilə də əlaqələndirirlər. Müvafiq olaraq, həddindən artıq yağıntı atmosferin üst qatlarında olan soyuq havanın Aralıq dənizindən qaynaqlanan isti və rütubətli hava ilə toqquşması nəticəsində yaranıb və bu hava çox sürətlə qalxıb.

Qeyd edək ki, “DANA”  İspan dilində 'yüksək hündürlükdə təcrid olunmuş depressiya' ifadəsinin baş hərflərini ifadə edir. CNN təbii fəlakətdən əvvəl və sonra İspaniyada daşqından zərər çəkmiş ərazinin peyk görüntülərini müqayisə edib. Oktyabrın 30-da misli görünməmiş yağışdan sonra çəkilmiş peyk görüntülərində qurunun bir hissəsi indi dənizin uzantısı kimi görünür.

Paylaş: