Fəlakət Koordinasiya Mərkəzindən İstanbula qar xəbərdarlığı
İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzindən verilən məlumata görə, həftə ərzində şəhərin şimal və yüksək bölgələrində sulu qar və qar yağacağı gözlənilir.
Verilən açıqlamada İstanbul başda olmaqla Mərmərə bölgəsinin soyuq və yağışlı havanın təsiri altına düşəcəyi bildirilib.Açıqlamada bu gün axşam saatlarından etibarən havanın temperaturunun 8-10 dərəcə düşəcəyi, İstanbulda da leysan yağışlarının mövsüm normalarının altında olacağı ifadə edilib.
Həftə ərzində müşahidə olunacaq yağıntının şəhərin şimal və yüksək rayonlarında sulu qar və arabir qar şəklində təsirli olacağı,yanvarın 16-dək havanın temperaturunun mövsümi normasından 2-5 dərəcə aşağı olacağı gözlənilir. İBB-nin qışa hazırlıq işlərinin başa çatdırıldığı və 12 minə yaxın personalın və 3 mindən çox iş maşınının çalışacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...