Faktiki hava: Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetr olub
Milli Hidrometeorologiya Xidmətinin martın 22-nə olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 38, Qrızda 11 santimetr olub.
Düşən yağıntının miqdarı Astarada 10, Lənkəranda 7, Oğuzda 5, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik və Sumqayıtda duman müşahidə olunub. Görmə 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan Muxtar Respublikasında 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...