22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Faktiki hava: Ölkə ərazisində müşahidə olunan yağıntılar iyulun 29-u axşam saatlarından tədricən kəsilib

30-07-2024
IMG

İyulun 30-u saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində müşahidə olunan yağıntılar iyulun 29-u axşam saatlarından tədricən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Göygöldə 29, Şəmkirdə 23, Şəkidə 14, Gəncədə 12, Goranboyda 9, Naftalan, Daşkəsən, Qax, Tərtər, Gədəbəy, Lerik, Cəfərxan, Oğuz, Qəbələ, Zaqatala, Tovuzda 7, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

İyulun 29-da şərq küləyi arabir “sarı” xəbərdarlığa uyğun olaraq Culfada 18 metr/saniyəyə çatıb.

Şəmkir, Daşkəsən, Göygöl, Göyçay, Qax, Lerik, Cəfərxanda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 30°, dağlıq rayonlarda isə 18-22° isti olub.

Paylaş: