Faktiki hava: Havanın maksimal temperaturu iqlim normasından 4° yuxarı olub
Martın 30-u saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib. Qar örtüyü tədricən əriyərək Şahdağda 14 santimetr təşkil edib.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görmə 200-500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu iqlim normasından 4° yuxarı olub. Belə ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Naxçıvan Muxtar Respublikasında 16-21°, Aran rayonlarında 19-22°, dağlıq rayonlarda 15°-dək, yüksək dağlıq ərazilərdə 6°-dək isti təşkil edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...