Faktiki hava: Dağlıq rayonlara qar yağıb
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.
Xidmətdən verilən məlumata görə, səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlaırında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 millimetr, Astarada 34 millimetr, Lənkəranda 26 millimetr, Qəbələ və Qobustanda 13 millimetr, Lerikdə 11 millimetr, Xaltanda 9 millimetr, Yardımlıda 8 millimetr, Qax və Cəfərxanda 7 millimetr, Sabirabadda 5 millimetr, Şəkidə 4 millimetr, Altıağac, Oğuz, Beyləqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 millimetr, Neftçala və Şabranda 2 millimetr, Zaqatala, Balakən, Qubada 1 millimetr olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...