Faktiki hava: Bəzi bölgələrdə leysan yağıb
Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.
Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 millimetr olan dolu düşüb.
Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16°, Naxçıvan Muxtar Respublikasında 15-19°, Aran rayonlarında 14-17°, dağlıq rayonlarda 7°-dək isti olub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...