22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Eynşteynin  Franklin Ruzveltə məktubu hərraca çıxarılacaq

26-06-2024
IMG

Məşhur nəzəri fizik və alim Albert Eynşteynin ABŞ-nın keçmiş prezidenti Franklin Ruzveltə xəbərdarlıq məktubu sentyabrda hərraca çıxarılacaq. Məktubda alim  ABŞ-nın keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin “çox güclü bombalar” yaratmaq üçün nüvə tədqiqatı gücünə malik ola biləcəyi barədə xəbərdarlıq edib. 

“The Guardian” qəzetinin  yazdığına görə, dəyəri təqribən 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie's” adlı hərrac şirkəti sentyabrda hərraca çıxaracaq.Məktubda Eynşteyn  Almaniya hökumətinin o zamankı nüvə tədqiqatlarına dəstək verdiyini və bu araşdırmaların nəticədə çox güclü bombalar yarada biləcəyi barədə xəbərdar etməklə yanaşı, ABŞ-nın da oxşar fəaliyyətlərə əl atmasını tövsiyə edib. 

2 avqust 1939-cu il tarixli, Almaniyanın Polşanı işğal etməsindən bir neçə həftə əvvəl yazılan məktubda Eynşteyn uranın enerji mənbəyi ola biləcəyinə işarə edib.

Qeyd edək ki, “Microsoft”un həmtəsisçisi Pol Allen məktubu 2002-ci ildə Malcolm Forbesdən 2,1 milyon dollara aldıqdan sonra məktubun sonuncu sahibi olub.  Məktubun uzun nüsxəsi Hyde Parkdakı Ruzvelt kitabxanasındadır.

Paylaş: