22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Exit-poll nəticələrinə görə, Qazaxıstan nüvə elektrik stansiyasının tikintisinə “hə” deyib

07-10-2024
IMG

Qazaxıstanda ölkənin ilk AES-nın tikilib-tikilməyəcəyi ilə bağlı ictimaiyyətin qərarını vermək üçün keçirilən referendumda seçicilərin əksəriyyəti exit-polllara görə “hə” cavabını verib. Qazaxıstanda yayımlanan televiziya kanallarının canlı yayımda paylaşdığı ilk exit-polllara görə, "Socis-A" Kompleks Sosial Araşdırmalar İnstitutunun keçirdiyi sorğularda referendumda iştirak nisbəti 67,3 faiz olub.

Seçicilərin 69,8 faizi “bəli” səsini verərək ölkədə AES-nın yaradılmasını dəstəklədiyi halda, 30,2 faizi məsələyə mənfi münasibət bildirib. 

Hakim partiya olan Əmanət İctimai Siyasət İnstitutunun 300 qutuda 44 min 160 seçici ilə keçirdiyi “exit-poll”un nəticələrinə görə, iştirakçıların 72,3 faizi “hə”, 27,7 faizi isə “xeyr” deyib.

Avrasiya İnteqrasiya İnstitutu da 30 min seçicinin iştirakı ilə “exit-poll” təşkil edib. Müvafiq olaraq, seçicilərin 71,8 faizi ölkədə atom elektrik stansiyasının tikintisini dəstəkləyib, 28,2 faizi isə əleyhinə çıxıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, referendum üçün 12 milyon 244 min 683 seçicidən 7 milyon 820 min 918-i (63,87 faiz) səsvermədə iştirak edib. 

Referendumun yekun nəticələri 7 gün ərzində Qazaxıstan Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.

Paylaş: