Everest dağı ildə təxminən 2 millimetr böyüyür
Yeni bir araşdırma Everest dağının yaxınlıqdakı çayın yaratdığı eroziya səbəbindən hər il uzana biləcəyini müəyyən edib.
İngiltərədəki Universitet Kollecinin mütəxəssisləri 8849 metr hündürlüyündə olan Everestin necə böyüdüyünü öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar.
Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.
Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu ifadə ediblər.
Tədqiqatçılar çayın yaratdığı eroziyaya görə Everest dağının son 89 min ildə 15-50 metr uzandığını və hər il təxminən 2 millimetr böyüməyə davam edə biləcəyini deyirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...