Euboeada unikal mozaika aşkar edilib
Yunanıstanın ikinci ən böyük adası olan Euboeada yerləşən Eretriyada su kəməri işləri aparan işçilər qədim evin qalıqlarını aşkar ediblər.
Qeyd edək ki, Eretria şəhəri e.ə. 5-6-cı əsrlərdə mühüm əhəmiyyət kəsb edən Qədim Yunan şəhəridir. Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamada, bir otağın döşəməsini bəzəyən evdə eramızdan əvvəl 4-cü əsrə aid mozaikanın olduğu bildirilib.
Mükəmməl qorunub saxlanmış 1,13 metr enində mozaika rəngli çınqıllardan hazırlanmışdır. Mozaikanın dizaynı unikaldir. Təxminən 2400 illik tarixə malik olan əsərdə görünən iki kişinin quyruq və buynuz kimi heyvan xüsusiyyətlərinə malik olması onların satirlərdir. Yunan mifologiyasında satirlər insan və heyvanların keçi və atlar kimi xüsusiyyətləri olan hibrid varlıqlara deyilir. Şərab və əyləncə tanrısı Dionis ilə əlaqəli olan Satirlər vəhşi varlıqlar kimi tanınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...