22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Etnadakı aktivliyə görə Kataniya aeroportunda uçuşlar dayandırılıb

23-07-2024
IMG

İtaliyanın Siciliya adasındakı Etna vulkanında müşahidə olunan fəallıq səbəbindən Kataniya hava limanında uçuşlar ləğv edilib.

Fhnews.az xəbər verir ki, vulkanın püskürdüyü kül və toz dumanına görə Kataniya aeroportunda iki hava sahəsi bağlanılıb.

Kataniya hava limanını idarə edən SAC şirkətindən bildirilib ki, Etnanın püskürmə fəaliyyəti və eyni vaxtda atmosferə yayılan vulkanik kül emissiyası səbəbindən aeroportun “B2” və “B3” sektorları bağlanıb, bütün uçuşlar ləğv olunub. Təyyarələr Palermo və Trapani hava limanlarına yönləndirilib. Toz dumanı azaldıqdan və onun uçuş infrastrukturuna təsiri minimuma endikdən sonra əməliyyatlar davam etdiriləcək.

Hündürlüyü təxminən 3330 metr olan Etna vulkanın Voraqin kraterində partlayış baş verib və lava axını olub. Avropanın ən hündür və aktiv vulkanı olan Etnada son bir neçə həftədir fəallıq müşahidə edilir.

Paylaş: