Etna vulkanının püskürməsi Siciliyaya səyahətdə problem yaradıb
Etna vulkanının püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuş və enişlər müvəqqəti olaraq məhdudlaşdırılıb.
Fhnews.az xəbər verir ki, təbiət hadisəsi səbəbindən aeroportun bir hissəsi bağlanıb.
Məhdudiyyətlər çox sayda səyahətçiyə təsir edib. İtaliyanın hakimiyyət orqanları əhalini və turistləri ölkənin cənubuna və mərkəzinə səyahətə çıxmamağı tövsiyə edib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Avropanın ən yüksək (3324 metr) aktiv vulkanı ətrafında seysmik aktivlik artıq son bir neçə gün idi ki, pik həddə çatmışdı. Avqustun 4-ü səhər saatlarında isə vulkanda püskürmə başlayıb. Külək təxminən on kilometr hündürlüyə qalxan külü şərq və cənub-şərq istiqamətində aparıb. Kataniyada qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.
“Fontanarossa” aeroportunun operatoru hazırda tüstünün azaldığını, hava limanında işin normala döndüyünü, gecikmələrin və məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılacağını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...