Etna vulkanında yenidən lava axını müşahidə olunub
İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.
Fhnews.az xəbər verir ki, Siciliya adasındakı 3326 metrlik Etna vulkanının cənub-şərqindəki kraterdə ötən gecə lava axını müşahidə olunub, yaranan duman geniş əraziyə yayılıb.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, vulkandan lava axını gecə boyunca davam edib. Dumanın 5 min metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də toz dumanı yayılıb. Bu, vulkanın yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanının fəaliyyətinə təsir göstərməyib.
Adadakı Stromboli vulkanında müşahidə olunan aktivlikdə isə artım qeydə alınıb. Proses Etna Rəsədxanası və Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən müşahidə anbaan izlənilir.
Bildirilib ki, vulkanik titrəyişlərin dəyərləri hələ də yüksək səviyyədədir, lakin hazırda tendensiya azalmaqdadır.
Qeyd edək ki, artıq bir neçə gündür Etna və Stromboli vulkanlarında aktivlik və püskürmələr müşahidə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...