Estoniya Rusiya ilə sərhəddə monitorinq məntəqələri tikməyə başlayıb
Estoniyanın polis və sərhəd mühafizə departamenti Rusiya ilə sərhədə yaxın Narva çayı boyunca beş monitorinq məntəqəsinin tikintisinə başlayıb.
Fhnews.az ERR teleradio kompaniyasına istinadla xəbər verir ki, qarşıdakı illərdə sərhədçilərə çayda baş verənləri tam izləməyə imkan verəcək 14 yeni monitorinq məntəqəsi təhvil veriləcək. İlk beş stansiyanın payızda hazır olacağı gözlənilir. Stansiyaların tikintisi 14 milyon avroya başa gələcək.
“Hazırda Narva çayı yaxınlığında tikinti işləri davan edir, orada beş məntəqə inşa olunur. Sonradan Kırqesoo və Karoli rayonlarında da oxşar məntəqələr quraşdırılacaq. İkinci mərhələdə isə patrul və giriş yolları salınacaq”, – deyə Estoniya hökumətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, ölkənin bütün şərq sərhədi boyunca pilotsuz təyyarələrin aşkarlanması üçün kompleks tədbirlər görülməsinə daha 14 milyon avro lazımdır, lakin hazırda bunun üçün yetərincə vəsait yoxdur.
Bir müddət öncə, Estoniya Daxili İşlər Nazirliyi Rusiya sərhədçilərini Narva çayındakı gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi üçün istifadə olunan dirəkləri çıxarmaqda ittiham etmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...