22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Esenboğa hava limanında fövqəladə vəziyyət təlimi keçirilib

31-10-2024
IMG

Esenboğa hava limanında yanacaq tankerinin deşilməsi nəticəsində aprona tökülən yanacağın reaksiyasını əks etdirən fövqəladə təlim keçirilib.

Fövqəladə hal planı çərçivəsində həyata keçirilən təlimdə ssenari üzrə 201 və 202 nömrəli dayanacaq yaxınlığında yanacaq tankerinin 4 nömrəli apronda deşilməsi nəticəsində 2 min litr yanacaq yerə tökülüb.

Yanacaq şirkətinin həyəcan siqnalı ilə hadisə yerinə gələn Hava Limanının Xilasetmə və Yanğından Mühafizə qrupları ərazini köpüklə örtüb.
Yanacaq şirkətinin əməkdaşı deşilmiş əraziyə kütlə ilə müdaxilə edərək yanacağın daha da axmasının qarşısını alıb. Daha sonra qruplar uducu yastiqciqlar vasitəsilə yanacağı yerdən təmizləyiblər.

Təlimdə hava limanında xidmət edən 16 qurum və təşkilatdan 100 şəxsi heyət iştirak edib.

Esenboğa Hava Limanının Baş Meneceri Abubekir Özcan təlimdən sonra verdiyi açıqlamada hər zaman fövqəladə hallara hazır olduqlarını və reaksiya imkanlarının yüksək olduğunu, Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Dövlət Hava Limanları İdarəsi Baş Müdirliyinin təhlükəsiz uçuşlar üçün həftədə 7 gün 24 saat xidmət göstərdiyini bildirib.

Paylaş: