Ermənistanda baş verən zəlzələ Ordubadda hiss olunub
İyulun 15-də Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Fhnews.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 10:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad stansiyasından 29 kilometr şimalda - Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...