Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş Naxçıvan şəhərində keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova salamlama nitqi ilə çıxış edib.
Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda “Ailə bir ağacdır” və “Övladlarımız həyatımızın ən böyük layihəsidir” adlı sosial çarxlar nümayiş olunub, iştirakçılara nəşrlər paylanılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...