22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Episentri Çin olan yeni pandemiya barədə xəbərdarlıq edildi: Antibiotiklər təsir etmir

01-04-2024

Çin yeni bir pandemiyanın episentrinə çevrilə bilər.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatından məlum olub.

Tədqiqatçıların fikrincə, yeni “koronovirus” Çin “superqonoreya”sı ola bilər.

Belə ki, Çinin 13 əyalətində zöhrəvi xəstəlikləri olan xəstələrdən götürülmüş bakteriya nümunələrinin 98 faizə qədəri güclü antibiotiklərdən yan keçə bilib.

Tədqiqatçıları ən çox narahat edən məqam Çində antibiotiklərə davamlı ştammın yayılma nisbətinin Amerika, Britaniya və Kanada ilə müqayisədə 40 dəfə yüksək olmasıdır.

Hazırda Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur. Ancaq Çində müəyyən edilmiş bakteriya ştamlarının 8,1%-i, hətta buna da davamlıdır. Ona görə də infeksiyanı müalicə etmək üçün təcili şəkildə dərmanların hazırlanması tələb oluna bilər.

Qonoreya bakterial xəstəlikdir. “Neisseria gonorrhoeae” bakteriyası cinsi yolla ötürülür və həm kişilərə, həm də qadınlara təsir edir.

Paylaş: