Energetika Nazirliyi və tabeli qurumlara 4 mindən çox müraciət daxil olub
Bu ilin yanvar-iyun aylarında Energetika Nazirliyi və tabeli qurumlara 4 167 vətəndaş müraciəti daxil olub.
Fhnews.az Nazirliyə istinadən verdiyi məlumata görə, müraciətlərin 3 357-si müvafiq qaydada icra edilib, 504-ü isə təşəkkür və digər məsələlərlə bağlı məlumat xarakterli olub, 306 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələrin verilməsi və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 197 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...