Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib
Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu bu gün öz işini yekunlaşdıracaq.
Fhnews.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Forumun ikinci günündə nazir Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, Böyük Britaniyanın Hökumət Akademiyasının direktoru Bar Veinstein, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka Axlerova, Xarici Birlik və İnkişaf Ofisinin təhsil, gender və bərabərlik üzrə direktoru, Böyük Britaniyanın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Alisia Herbertlə görüşüb.
Emin Əmrullayev, həmçinin Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb və onunla fikir mübadiləsi aparıb.
Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...