22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Elektrik şoku iflic olan xəstələrə ümid verə bilər

13-02-2024

Elektrik şoku iflic olan xəstələrə ümid verə bilər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırma bunu deməyə əsas verir.

Fizioterapiya ilə yanaşı, elektrik şokunun verilməsi zəifləmiş qol və əllərdə hərəkətliliyi bərpa etməyə kömək ola bilər. İnsult qan laxtalanması və ya qan damarının partlaması səbəbindən beyinə qan axınının kəsildiyi və hərəkət qabiliyyətinə mənfi təsir edən bir xəstəlikdir. Bu vəziyyət xəstənin həyati fəaliyyətlərinə, məsələn, yemək, içmək və hətta geyinmək qabiliyyətinə böyük təsir göstərir.

Fizioterapiya əzələ gücünün artırılması və insult keçirən insanların daha asan yeriməyə kömək etməyi üçün tez-tez seçilən müalicə üsuludur. Ancaq fizioterapiya alan xəstələrin sağalması illər çəkə bilər.

Bostondakı Sağlamlıq Peşələri İnstitutunun tədqiqatçıları fiziki müalicə alan xəstələrə əlavə olaraq elektrik şoku verilməsini təklif ediblər. Çünki elektrik şoku üç dəfəyə qədər yaxşılaşmanı təmin edir. Vücuddakı əsas sinirə elektrik cərəyanı vurmaq zəifləmiş qol və əl əzələlərini üç dəfəyə qədər yaxşılaşdıra bilər. Sınaqlar göstərir ki, xəstələr “vagus sinirinin stimullaşdırılması” kimi tanınan müalicədən bir il sonra yaxşılaşmağa davam edirlər. Bu üsul beynin insult nəticəsində zədələnmiş sahələrinin yenidən qurulmasına kömək edir və beləliklə, əzaların hərəkətini yaxşılaşdırır.

Araşdırmacı Teresa J.Kimberley yeni müalicə üsulunun ümid verdiyini ifadə edib. Bildirib ki, insanlar insultdan sonra çox vaxt mövcud pozğunluqların qalıcı olduğunu düşünərək əlavə müalicəyə müraciət etmirlər. Bu, doğru deyil.

Paylaş: