22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Elektrik istehsalını 140 dəfə artıran nanogenerator günəş panelləri ilə rəqabət apara bilər

25-08-2024
IMG

İngiltərənin Surrey Universitetinin Qabaqcıl Texnologiya İnstitutunun tədqiqatçıları adi versiyalardan ən azı 100 dəfə çox enerji istehsal edə bilən nanogenerator dizayn ediblər.Çox kiçik generatorlar olan nanogeneratorlar mexaniki və ya istilik enerjisini elektrik enerjisinə çevirir. Bu cihazlar kiçik və simsiz cihazlara enerji verə bilir.

Tədqiqatçılar yeni texnologiyanın məntiqini estafet yarışı ilə müqayisə edirlər. Yan-yana düzülmüş 34 kiçik elektrod ətrafdakı mexaniki enerji yükünü toplayır və bir-birinə ötürür. Beləliklə, elektrodlar tək başına işləmək əvəzinə ümumi olaraq daha çox elektrik istehsal edə bilər. Bununla da elektrik istehsalını 140 dəfə artıran nanogenerator günəş panelləri ilə rəqabət apara bilər.

Alimlər generatorda sürtünmə nəticəsində elektrikləşən materiallardan istifadə ediblər. Beləliklə, birləşən və ayrılan elektrodlar, saça yapışan bir şar kimi elektriklə yüklənir. Bu nanogeneratorun işləyərkən əmələ gələn mexaniki enerjini qulaqlıq kimi cihazların enerjisinə çevirməsi gözlənilir.

Paylaş: