Elektrik avtomobilləri benzinlə işləyən avtomobillərdən daha çox qəza törədir
Böyük Britaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, elektrik avtomobilləri benzinlə işləyən avtomobillərdən daha çox piyadaları vurur.
İngilis alimləri 2013-2017-ci illər arasında Britaniyada baş vermiş yol qəzaları statistikasını araşdıraraq bu qənaətə gəliblər. 2018-ci ildən sonrakı məlumatlar isə arxiv probleminə görə qiymətləndirilə bilinməyib.
Araşdırmada elektrik və hibrid avtomobillər üçün 51,2 milyard kilometr, benzinlə işləyən avtomobillər üçün isə 4,8 milyard kilometr naviqasiya məlumatından istifadə edilib.
Məlum olub ki, elektrik və hibrid avtomobillərin hər kilometrə düşən piyadaları vurma ehtimalı qaz yanacaqla işləyən avtomobillərə nisbətən iki dəfə çoxdur. Müəyyən edilib ki, elektriklə işləyən avtomobillər kənd yerlərində benzin və ya dizellə işləyən avtomobillərdən daha təhlükəli deyil, lakin qəsəbə və şəhərlərdə piyadalarla toqquşma ehtimalı üç dəfə çoxdur.
Hər 106 kilometr qət edilən piyadaların illik orta qəza nisbəti benzin və dizellə işləyən avtomobillərdə 2,4, elektrik və hibrid avtomobillərdə isə 5,16 olub.
Araşdırmada elektriklə işləyən avtomobillərin benzinlə işləyən avtomobillərdən daha çox piyadaları vurmasının səbəbi dəqiq müəyyən edilməyib.Lakin alimlər bunun elektrik və hibrid avtomobillərin daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha səssiz olması ilə bağlı ola biləcəyinə diqqət çəkiblər.
İngiliz alimi Fil Edvards bu qənaətdədir ki, elektrikli avtomobillər piyadalar üçün təhlükə yaradır, çünki onların səsi benzin və ya dizellə işləyən avtomobillərdən daha az eşidilir.
Qeyd edək ki, ABŞ Nəqliyyat Nazirliyinin 2017-ci ildə dərc etdiyi hesabatda elektrik və hibrid avtomobillərin benzin və dizellə işləyən avtomobillərlə müqayisədə piyadalar üçün yüzdə 20 daha çox risk yaratdığı bildirilib.
Elektrik və hibrid nəqliyyat vasitələrinin xüsusilə dönmə, geriyə dönmə, yola düşmə və dayanma kimi aşağı sürətlə hərəkət edərkən piyadalar üçün 50 faiz daha çox risklidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...