Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib
Ekvadorun cənub-qərbində və Peru ilə sərhəddə yerləşən El-Oro əyalətinin sahilboyu zonasında 5,5 bal gücündə zəlzələ baş verib.
Fhnews.az Milli Politexnik Məktəbinin Geofizika İnstitutuna (IG) istinadla xəbər verir ki, ölənlər və maddi zərər barədə hələ məlumat verilmir. Zəlzələnin ocağı 88 kilometr dərinlikdə olub.
Ekvador Sakit okean alov halqası adlandırılan ərazidə, okeanla əhatə olunan regionda yerləşir. Bu ərazi Qərbi Amerika, Şərqi Asiya və Okeaniyanın sahilboyunu əhatə edir. Müxtəlif tektonik plitələrin sürtünməsi nəticəsində qlobal seysmik fəallığın 85 faizi bu ərazinin payına düşür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...