Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub
Ekvadorda, xüsusən də ölkənin mərkəzi və Amazon əyalətlərində təxminən 126 nəfər ekstremal hava şəraiti ilə əlqədar olaraq evsiz qalıb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Ekvadorun Milli Risklərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin 24 əyalətindən 10-da hava ilə bağlı fövqəladə vəziyyət qeydə alınıb.
Son hesabata görə, bu cür hadisələrin əsasını torpaq sürüşmələri (44,44 faiz) və daşqınlar (22,22 faiz) təşkil edir. Məlumatda qeyd edilib ki, yaşayış obyektləriylə yanaşı, üç körpü dağılıb, dörd körpü də zədələnib.
Qeyd edək ki, bazar günü Banos de Aqua Santa kurort şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Nəticədə ən çox zərər çəkən ərazilərdən biri olan Tunqurahua əyalətində 8 nəfər ölüb, 18 nəfər itkin düşüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...