22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ekvador evtanaziyanı dekriminallaşdıran ikinci Latın Amerikası ölkəsi oldu

08-02-2024

Ekvador Konstitusiya Məhkəməsinin qərarı ilə artıq həkimlər xəstələrin ölümünə kömək edə bilər və bu, qətl sayılmayacaq. ALS xəstəsi olan Paola Roldan evtanaziya ilə bağlı qanunların dəyişdirilməsi üçün məhkəməyə müraciət edib və bu məsələ yenidən gündəmə gəlib.

Qadın ağrıları olduğunu, tənhalıq və ağrılar yaşadığını, rahat ölmək istədiyini bildirib. Məhkəmə həyat şəraiti ağrılı olanların sərbəst qərar verə biləcəyinə müsbət cavab verib.Roldan bu qərarın ölkəsini daha azad etdiyini və insan haqları uğrunda mübarizənin asan olmadığını vurğulayıb.

Qeyd edək ki, Roma Katolik Kilsəsinin evtanaziyaya şiddətlə qarşı çıxması ilə cəmiyyətdə müzakirələr davam edir.

Paylaş: