Ekstremal hava şəraitindən Avstriyanın aqrar sektoruna dəyən ziyan 200 milyon avro təşkil edib
Avstriyada əlverişsiz hava şəraitinin kənd təsərrüfatına vurduğu zərər 200 milyon avro qiymətləndirir.
Fhnews.az Avstriyanın ORF ictimai teleradioşirkətinə istinadla xəbər verir ki, ötən il ərzində şaxta, dolu, qasırğa, daşqın və quraqlıqdan kənd təsərrüfatına dəyən ziyan 250 milyon avroya qiymətləndirilib.
Sığorta şirkətinin baş direktoru Kurt Vaynberqer iqlim dəyişmələrinə görə sektordakı vəziyyəti “həyəcanlı” adlandırıb.
Quraqlığın vurduğu zərərlə yanaşı, vegetasiya dövrünün nisbətən tez başlaması və aprelin ikinci yarısının soyuq keçməsi səbəbindən meyvə ağaclarına və üzüm tinglərinə şaxtadan ciddi ziyan dəyib.
May ayından bəri fermerlər tez-tez qasırğa və daşqınlarla üzləşirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...