Ekspertlər: Sudanda aclığın qarısını almaq olardı
Şimali Darfurdakı Zəmzəm köçkün düşərgəsinin təxminən yarım milyon sakini ifrat yoxsulluq və aclıq içərisində yaşayır.
Fhnews.az “Sky News” telekanalına istinadla xəbər verir ki, düşərgənin sağlamlıq üzrə məruzəçisi və yerli fövqəladə hallara reaksiya qrupunun üzvü doktor Nəsr Yusif Rəcəb Şimali Darfurda humanitar vəziyyətin fəlakətli olduğunu bildirib. İnsanların aclıqdan öldüyünü qeyd edən həkim deyir: “Şəxsən mən yaşlı bir kişinin, hamiləliyinin ilk ayında olan qadının və körpənin aclıqdan öldüyünün şahidi oldum”.
Bununla belə, ekspertlər bildirirlər ki, bu həftənin əvvəlində Aclığa Nəzarət Komitəsi (FRC) tərəfindən rəsmi olaraq elan edilən qıtlığın qarşısını 100 faiz almaq olardı. Onların fikrincə, bu humanitar fəlakətin əsas amili insan laqeydliyidir.
Düşərgə Şimali Darfurun paytaxtı Əl Faşer şəhərindən təqribən 12 kilometr cənubda yerləşir və burada Sudan Silahlı Qüvvələri ilə regional dövlətin ərazisinə nəzarət edən Çevik Reaksiya Qüvvələrinin silahlı qrupu arasında ağır döyüşlər gedir.
Döyüşlər minlərlə dinc sakini Zəmzəm düşərgəsinə sığınmağa məcbur edib, burada yerləşdirilən insanların sayı 200.000-dən təxminən 500.000-ə çatıb.
Humanitar yardım qrupları 2023-cü ilin aprelində müharibənin başladığı Darfur, Kordofan, Əl-Cəzirə əyalətlərində, Sudanın paytaxtı Xartumda, Zəmzəm düşərgəsi və digər ərazilərdə gözlənilən aclıq barədə xəbərdarlıq edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...