Ekran qarşısında qeyri-sağlam qidalanma uşaqlarda piylənmə riskini artırır
Ekran qarşısında qeyri-sağlam qidalanma uşaqlarda piylənmə riskini artırır.
Fhnews.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ondokuz May Universiteti Tibb fakültəsinin sosial pediatriya bölməsinin rəhbəri Tuğba Ayçiçek Dinçer uşaqların ekran qarşısında qeyri-sağlam qidalanmasının piylənmə riskini artırdığını bildirib
Mütəxəssis diqqətə çatdırır ki, internetin cəmiyyət həyatına nüfuz etməsi nəticəsində oturaq həyat tərzi geniş vüsət alır. Ekran qarşısında qalma müddəti çox olduğundan qəbul edilən qidalara əhəmiyyət verilmir və onun keyfiyyəti aşağı düşür. Ekran qarşısında əsasən üstünlük verilən qidalar yağlı və şəkərli olur. Su və vitamin baxımından zəngin qidalar sanki yaddan çıxır. Bu səbəbdən də uşaqlar yediklərini anlamır, belə vərdişlər onlarda adət halını alır. Uşaqların ekran qarşısında keçirdikləri vaxt mümkün qədər azaldılmalıdır. Onların sağlam və müntəzəm qidalanma vərdişlərinə yiyələnməsinə diqqət yetirmək lazımdır. İki yaşından sonra ekrana baxmağa sərf olunan vaxtın bir saatla məhdudlaşdırılması mühümdür.
“Amerika Pediatriya Akademiyası körpələrin təxminən 2 yaşadək, ümumiyyətlə, ekrana baxmamasını tövsiyə edir. İki yaşından sonra onlarda müəyyən bacarıqlar formalaşır və artıq tək yemək qabiliyyəti inkişaf etməyə başlayır. Uşaqlar bilmədən piylənməyə səbəb ola biləcək qidalara üstünlük verirlər. Ekran uşağın diqqətini yayındırır və yemək yeməsinə mane olur. Bu zaman uşaq diqqətini yeməyə cəmləyə bilmir və ekran onu hipnoz edir. Ona görə də qarşısındakı yemək onun üçün maraqsız və cəlbedici olmur. Digər mənfi təsir isə aclıq və toxluq hissinin dərk edilməməsidir. Uşaq bütün diqqətini ekrana yönləndirdiyindən tox olduğunun fərqinə varmaz ki, bu da piylənmə riskini artıra bilər”, - deyə T.A.Dinçer əlavə edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...