Egey dənizində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas edilib
Egey dənizinin Türkiyənin Muğla vilayətinə düşən hissəsində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan tərəfindən Türkiyə ərazi sularına geri göndərildiyi bildirilir.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən məlumat verilib.
Əraziyə sahil mühafizəsinin gəmiləri göndərilib.
Miqrantlardan 34-nün Muğlanın Bodrum, 33-nün isə Datça rayonları ərazisində olduğu müəyyən edilib.
Rezin qayıqlarda olan miqrantlardan 13-ü azyaşlıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...