Egey dənizində 141 qanunsuz miqrant saxlanılıb
Egey dənizində qeyri-qanuni yollarla Türkiyədən Yunanıstana keçmək istəyən 141 miqrant saxlanılıb. Onlardan 48-i azyaşlıdır.
Fhnews.az xəbər verir ki, Türkiyənin İzmir vilayətinin sahillərinə yaxın sularda aşkar edilən şəxslər rezin qayıqlarla başqa ölkəyə keçməyə cəhd göstəriblər. Onlardan 52-i Yunanıstan tərəfindən geri göndərilib. Batmaq təhlükəsi ilə üzləşən qayıqlardan Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilən miqrantların 17-i uşaqdır.
İzmirdə insan qaçaqmalçılığında şübhəli bilinən və hadisə ilə əlaqəsi olduğu ehtimal edilən iki nəfər saxlanılıb.
Miqrantlar aidiyyəti qurumlara təhvil verilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...