Ege Bölgəsinin ən böyük təbii gölü olan Bafa quraqlıq səbəbindən 30 metr çəkilib
Bu il Türkiyənin Muğla bölgəsinə və ətrafına kifayət qədər yağıntı düşmədiyi üçün Bafa gölündə quraqlıq təhlükəsi var. Muğla və Aydın sərhədlərində 8 min illik "Latmos" kimi tanınan qayaüstü rəsmlərin yerləşdiyi Beş Barmaq dağlarının kölgəsində yerləşən Bafa gölü təbii gözəlliyi ilə beynəlxalq əhəmiyyətə malik bataqlıqlar sırasındadır.
Qeyd edək ki, Bafa gölü Böyük Menderes çayının deltasının cənub-şərq hissəsində, Menteşe dağları içərisində yerləşən dayaz şirin sulu göldür. Qədim dövrlərdə Egey dənizinin bir hissəsi olan göl Böyük Menderesin daşıdığı alüvyonlarla birlikdə sahildən kilometrlərlə uzaqda qalır. Bu gün Böyük Menderes çayının Egey dənizinə töküldüyü ərazidən təxminən 17 km uzaqlıqdadır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...