Efiopiyada torpaq sürüşməsi olub, ölənlər var
Efiopiyanın şimalında, Amhara əyalətində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə yerli rəsmi Tesfaye Vorkneyə istinadən "Amhara Media Corporation" xəbər yayıb.
Qeyd edilir ki, təbii hadisə avqustun 24-ü axşam saatlarında Qonder şəhərinin şimal bölgəsində baş verib. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Bundan əlavə, təbii fəlakət səbəbindən 2 mindən çox insan təxliyə edilib, onlar hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...