Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb
Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə “Fana Broadcasting Corporate” dövlət radiosu məlumat yayıb.
Məlumata görə, sürüşmə ölkənin cənubundakı Qeze-Qofa bölgəsində baş verib. Rayon rəhbəri Misikir Mitiku bildirib ki, xilasedicilər artıq 20-dən çox meyit aşkarlamağa nail olublar.
Onun sözlərinə görə, sürüşmə bölgəsində xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...